"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
sizinxeber.az xəbər saytı

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq


İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına mənbəyə istinadən məlumat verilib.

Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.

Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.

Oxşar xəbərlər

Qətər XİN: Dohada ABŞ ilə İran arasında müsbət irəliləyiş əldə edilib
Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
İran XİN: ABŞ-la danışıqların II raundu konstruktiv və perspektivli olub
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər