Fon der Lyayen: Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq
sizinxeber.az xəbər saytı

Fon der Lyayen: Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq


Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 %-i rüsumsuz olacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxış edərkən bildirib.

"Heç bir ölkə suveren seçiminə görə təzyiqə məruz qalmamalıdır. Məhz buna görə də təşkilat Ermənistana 52 milyon avro ayıraraq onun ixrac etdiyi məhsulların 80 %-i üçün Aİ-yə rüsumsuz çıxış təklif edir. Ermənistan bizə arxalana bilər. Hazırda əsasən Rusiya bazarı üçün nəzərdə tutulmuş məhsulları Aİ-nin vahid bazarına, 450 milyon istehlakçıya yönləndirə bilərik ", - deyə fon der Lyayen bildirib.

O əlavə edib ki, "bu tədbir Ermənistanın yeni kənd təsərrüfatı məhsullarının demək olar ki, 99 %-i üçün Avropaya, eləcə də içki və spirtli içki ixracatının 90 %-i üçün Aİ-nin vahid bazarına qapıları açacaq".

Ticarətin sürətli şaxələndirilməsini təmin etmək üçün Avropa Komissiyası istehsalçılar və ixracatçılarla birbaşa işləmək məqsədilə iyulun ortalarına qədər Ermənistana ekspertlər göndərəcək.

Oxşar xəbərlər

Fon der Lyayen: Aİ Rusiyaya ixrac məhdudiyyətləri fonunda Ermənistana 50 milyon avrodan çox yardım göstərəcək
Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
KİV: Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər