Argentinada məşhur diş məcununun satışı qadağan olunub
Argentina hökuməti yerli sakinlərin şikayətləri əsasında "Colgate" diş məcununun istifadəsini, yayılmasını və təşviqini qadağan edib.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb.
İstehlakçılar "Colgate Total Active Prevention Clean Mint" diş məcunundan şikayət ediblər. Şikayətlər diş məcununun yan təsirləri ilə bağlı bağlı olub. Bu cür şikayətlərin sayı 19-a çatıb.
ANMAT diş məcunundan istifadədən sonra ağız boşluğu toxumalarının qıcıqlanması və iltihabı, qabarcıqların, yaraların, yanmanın, şişkinliyin və ağrının yaranması barədə məlumatlar alıb.
Adıçəkilən qurum bu cür halların monitorinqini həyata keçirir və əhalini diş məcunundan istifadədən sonra yaranan hər hansı arzuolunmaz hadisələr barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, sözügedən markanın Braziliyada da satışı dayandırılıb.
Oxşar xəbərlər
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edib
Belarus idxalı və satışı qadağan edilən malların siyahısını genişləndirib
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













