Son altı ayda Azərbaycanda maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb
sizinxeber.az xəbər saytı

Son altı ayda Azərbaycanda maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb


Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.

"Sizinxeber.az"un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası isə 4 və 4-dən yuxarı, ikisinin isə maqnitudası 5 və 5-dən yuxarı olub.

Həmin dövrdə baş verən təkanlar Xəzər dənizi, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar, Lerikdə qeydə alınıb.

Bundan başqa, son 6 ayda iki sürüşmə hadisəsi də baş verib.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır.

Oxşar xəbərlər

Bu ilin 11 ayında Azərbaycanda maqnitudası üçdən yuxarı 53 zəlzələ olub
Azərbaycanda ilin əvvəlindən indiyədək maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ olub
Bu il Azərbaycanda 12 mindən çox yeraltı təkan qeydə alınıb
Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlanıb
Vüsalə Rafiqqızı: Türkiyədə afterşokların bir müddət davam edəcəyi ehtimal olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər