Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik, 175 280 söz üzərində iş gedir
Yeni orfoqrafiya lüğətini sentyabr-oktyabr aylarında hazırlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə təhvil verəcəyik.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib.
Nadir Məmmədlinin sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğəti izafət birləşmələrindən təmizlənir: “Azərbaycan dilində ərəb-fars sözlərinin izafət birləşmələri qalmaqdadır. Məsələn, “əhvali-ruhiyyə” sözünə izafət tərkibində “i” saiti artırılır. Ancaq biz buna milli söz kimi əhval-ruhiyyə deyə bilərik. Bu tip sözlərlə bağlı ciddi iş aparılır”.
Hazırda yeni orfoqrafiya lüğəti üzrə 175 280 söz üzərində iş getdiyini deyən İnstitut direktoru qeyd edib ki, yekunda bu say arta və ya azala bilər.
“Eyni zamanda əcnəbi dildən söz almaqdansa, sözü öz dilimizin daxilində, kökündə tapmaq lazımdır. Bu prosesə də diqqətlə yanaşırıq”, - Nadir Məmmədli vurğulayıb.
Professor orfoepiya lüğətinin hazır olduğunu və Nazirlər Kabinetinə təqdim edildiyini də bildirib.
“Lüğətin quruluşunda bəzi dəyişikliklər var. Nazirlər Kabineti orfoepiya qaydalarını təsdiqlədikdə, lüğət istənilən vaxt çapa hazır olacaq”, - o əlavə edib.
Oxşar xəbərlər
Nadir Məmmədli: Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti NK-ya təhvil verilib
Dilçilik İnstitutunun direktoru: Nizami Cəfərovun təklif etdiyi sözlər yeni Orfoqrafiya lüğətinə salınmayacaq
Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin hazırlanmasında ilk dəfə süni intellektdən istifadə olunur
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək
Şəxs adları Komissiyasının ilk iclasında yeni adların yaradılması prinsipləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
