İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
"İslamofobiya təkcə sosial bir bəla deyil, həm də sosial ədalətin parçalanmasıdır".
APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O deyib ki, bu gün cəmiyyətlərdə islamofobiyanın aydın təzahürləri nəzərə çarpır.
R. Həsənov həmçinin, Hindistan və Fransada müsəlmanlara qarşı sosial ədalətsizlikdən danışıb:
“Təəssüflər olsun ki, biz cəmiyyətlərdə islamofobiyanın aydın təzahürlərini görürük. Məsələn, Fransada ictimai diskurs, Hindistanda müsəlmanların sıxışdırılması meylləri mövcuddur. Gəlin, bu platformadan ədalətsizliyə qarşı səsimizi ucaldaq. Bilirəm ki, biz doğru terminləri tapmalıyıq, amma heç bir termin İslama qarşı ədalətsizliyi yetərincə ifadə etmir. Biz o qədər də sadəlövh deyilik ki, bir konfransla islamofobiya ilə bağlı problemləri həll edək. İslamofobiyaya həsr edilmiş beynəlxalq konfrans mütəxəssislərin bir araya gəlməsi ilə çıxış yollarının tapılması üçün bir imkandır. Gəlin elə bir dünyada yaşayaq ki, islamofobiya ilə mübarizə beynəlxalq platformaya çevrilsin".
Oxşar xəbərlər
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda islamofobiya ilə bağlı beynəlxalq elmi konfrans işinə başlayıb, Prezidentin müraciəti oxunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












