

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
“Sizinxeber.az” xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.
İki gün davam edəcək konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.
Bildirək ki, son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.
Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Prezident İlham Əliyev İslamofobiya ilə bağlı konfransın iştirakçılarına müraciət ünvanlayıb
Mərkəz sədri: Son illər Hindistanda müsəlmanların əleyhinə çıxışlar artıb
Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib
Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
