

Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir
Azərbaycan İsrailin ən etibarlı tərəfdaşlarından birinə çevrilib; iki ölkə arasında münasibətlər hazırda öz inkişafının pik dövrünü yaşayır ki, bu da hər iki ölkə və xalqlar üçün böyük əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bunu diplomatik missiyasını başa vurmaqda olan İsrailin Azərbaycandakı səfiri Corc Dik “The Jerusalem Post”a müsahibəsində deyib.
O vurğulayıb ki, apardıqları sorğular Azərbaycan ictimaiyyətinin 80 %-dən çoxunun İsraili dost ölkə hesab etdiyini göstərib.
Diplomat 2019-cu ilin noyabrında Azərbaycana səfir təyin olunduğunu və o vaxtdan dünyanın tarixi və geosiyasi əhəmiyyətli hadisələrin - COVID-19 pandemiyası, İkinci Qarabağ müharibəsi, Rusiya ilə Ukrayna arasında münaqişə, Yaxın Şərqdə gərginliyin artmasının şahidi olduğunu xatırladıb. “Bütün bu çağırışlara baxmayaraq, İsraillə Azərbaycan arasında əlaqələr daha möhkəm, daha strateji və hissolunan xarakter alıb”, - o bildirib.
Corc Dik Azərbaycanın mühüm geosiyasi mövqeyinə toxunub: “Azərbaycan Rusiya, İran və NATO üzvü Türkiyə ilə həmsərhəd olan yeganə müsəlman ölkəsidir”. Diplomat müsəlman dünyasında qadınlara səsvermə hüququ verən və əsl demokratiya yaradan ilk müsəlman ölkəsi olan Azərbaycanın şanlı tarixini də diqqətə çatdırıb.
Səfirin sözlərinə görə, Azərbaycanın uğurları güclü və müdrik liderlər - Prezident İlham Əliyev və Ümummilli Lider Heydər Əliyevlə bağlıdır. “Bu lierlik sayəsində ölkənin təbii sərvətləri böyük dövlətlərin əlində alətə çevrilməyib. Bakı “yox” demək və müstəqil şəkildə öz gələcəyini müəyyən etmək iqtidarındadır”, - Dik vurğulayıb.
İsrailli diplomat qeyd edib ki, Azərbaycanın strategiyası balanslıdır: “Azərbaycan hamıya yaxındır, lakin heç kimdən asılı deyil. Bu, firavan, insanların yaxşı həyat səviyyəsi olan dövlətdir”.
Oxşar xəbərlər
“The Jerusalem Post”: Azərbaycan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir
AŞPA-nın Azərbaycanla bağlı qərarına İsrailin mövqeyi
Corc Dik: "COP29 Tərəflər Konfransının ən geniş miqyaslı tədbirlərindən birinə çevrilir"
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
KİV: İsrailin yeni səfiri Azərbaycanla əlaqələrin inkişafı kursunu davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
