FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
sizinxeber.az xəbər saytı

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb


Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində təhlükəli pozuntular aşkarlanıb, istismarı dayandırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Nəticədə məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan bir ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çəni üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı, həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyənləşib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb, akt tərtib olunub.

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Oxşar xəbərlər

Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN Qəbələdə maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb - VİDEO
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər