Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən “Sizinxeber.az”a bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.
Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.
L.Mey vurğulayıb ki, iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.
Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, əvvəllər Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.
Oxşar xəbərlər
KİV: İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin Bakıya gələcəyi tarix açıqlanıb
Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib
Türkiyənin yeni səfiri Azərbaycana gəlib
Belarusun yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Pakistanın Azərbaycandakı səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













