KİV: İsrailin yeni səfiri Azərbaycanla əlaqələrin inkişafı kursunu davam etdirəcək
İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus İsrail-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində sələfi Corc Dikin kursunu davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “Newsblaze” nəşrinin məqaləsində deyilir.
Nəşr qeyd edir ki, son dörd ildə Azərbaycandakı diplomatik nümayəndəliyə rəhbərlik edən Corc Dik Azərbaycan xalqının geniş rəğbətini qazanıb və ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük uğurla çalışıb.
Yeni səfir daha əvvəl İsrail Xarici İşlər Nazirliyində Avrasiya departamentinin direktoru vəzifəsində çalışmış Ronen Krausdur.
“İsrailin Azərbaycan Respublikasına növbəti səfiri kimi rəsmən təyin olunmaq mənim üçün şərəf və imtiyazdır”, - Kraus təyinatdan dərhal sonra sosial şəbəkədə yazıb.
“Kraus sələfindən İsrail-Azərbaycan əlaqələrinin inkişafı kursunun davam etdirilməsi kimi mühüm vəzifəni miras alır. O, öz missiyasına hazırlaşarkən artıq İsraildəki Azərbaycan Evində Azərbaycan diasporu və icmasının liderləri ilə dəyirmi masa keçirib”, - “Newsblaze” yazır.
Məqalədə o da qeyd olunur ki, Azərbaycan əsrlər boyu yəhudilər üçün təhlükəsiz məskən olub. “Ona görə də təəccüblü deyil ki, İsraildəki Azərbaycan icması öz vətəninə bağlı olaraq qalır və İsrail ilə Azərbaycan arasında 30 ildən çoxdur mükəmməl ikitərəfli münasibətləri saxlamaq üçün çox çalışır”, - məqalədə deyilir.
Oxşar xəbərlər
KİV: İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin Bakıya gələcəyi tarix açıqlanıb
IACCI prezidenti İsrailin Azərbaycandakı səfiri ilə birgə təşəbbüsləri müzakirə edib
İsrail səfiri Azərbaycana təyinatı ilə bağlı paylaşım edib
İsrail Azərbaycana yeni səfir təyin edib
İsrailin Azərbaycandakı səfiri: Bakı yüksək səviyyəli diplomatiya nümayiş etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












