SOCAR və TPAO birgə həyata keçirdikləri layihələrin icra vəziyyətini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Türkiye Petrolleri A.O." (TPAO) arasında bu şirkətlərin birgə iştirakı ilə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və TPAO-nun Xarici layihələr İdarəsinin rəisi Çağrı Şirin və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşündə aparılıb.
Görüşdə SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu xüsusda, ötən il TPAO şirkətinin "Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş"ə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"
SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
