

Corc Dik: "COP29 Tərəflər Konfransının ən geniş miqyaslı tədbirlərindən birinə çevrilir"
Azərbaycan indiyə qədər keçirilmiş ən böyük COP-lardan birini yüksək səviyyədə təşkil edib.
Bunu "Sizinxeber.az"a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Azərbaycanı COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə təbrik etmək istərdim. Azərbaycan indiyə qədər gördüyümüz ən böyük və ən yaxşı COP-lardan birini mükəmməl şəkildə təşkil edib. COP29-a 50 mindən çox iştirakçı qatılıb ki, bu da onu Tərəflər Konfransının ən geniş miqyaslı tədbirlərindən birinə çevirir. Həmkarlarımdan və nazirlərdən də COP29-un çox uğurlu şəkildə təşkil edildiyini tez-tez eşidirəm. Bu tədbir çərçivəsində müxtəlif ölkələr arasında bir çox mühüm razılaşmalar əldə olunub. Azərbaycanı bu vəzifəni üzərinə götürdüyünə və onu yüksək səviyyədə yerinə yetirdiyinə görə təbrik edirik”, - deyə səfir vurğulayıb.
Diplomat İsrailin iqlim dəyişikliyi məsələsinə son dərəcə ciddi yanaşdığını qeyd edərək bildirib ki, İsrail və Azərbaycan, eləcə də İsrail və beynəlxalq ictimaiyyət arasında əməkdaşlıq və tərəfdaşlıq imkanlarını gücləndirmək məqsədilə bu tədbirdə iştirak edirik: "Biz ideyalarımızı bölüşməyə, qarşılaşdığımız problemləri birlikdə müzakirə etməyə və gələcək nəsillər üçün ən yaxşı həll yollarını tapmağa çalışırıq. Növbəti iki həftə ərzində müxtəlif ölkələr və təşkilatlar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin uğurlu olmasını gözləyirəm ki, övladlarımız daha yaxşı, təmiz və yaşıl dünyada yaşasınlar”.
Oxşar xəbərlər
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
Konqo Prezidenti: COP29 ən yüksək səviyyədə təşkil olunub
Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir
Polşa Prezidenti: COP29-un təşkilinin səviyyəsinə heyran qaldıq
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
