KİV: To Lamın Bakıya səfəri Vyetnamın Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini nümayiş etdirir
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7-8 may tarixlərində Bakıya nəzərdə tutulan dövlət səfəri Hanoyun Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini təsdiqləyir.
“Report” xəbər verir ki, bu barədə Vyetnamın “Vietnamplus” qəzeti yazıb.
Qeyd olunub ki, bu, iki ölkə arasında 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Vyetnam nümayəndə heyətinin baş katib səviyyəsində Azərbaycana ilk səfəridir və son 10 ildə ən yüksək səviyyəli nümayəndə heyəti mübadiləsidir.
Qəzet qeyd edir ki, iki ölkə arasında Vyetnam Prezidenti Ho Şi Min və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş uzunmüddətli əlaqələr mövcuddur.
"Coğrafi uzaqlığa baxmayaraq, Vyetnam və Azərbaycan xalqları həmişə bir-birinə xüsusi hisslər bəsləyib, çoxsaylı tarixi sınaqları və zamanın çağırışlarını birlikdə dəf ediblər. Bunun sayəsində iki xalq arasında xüsusi ənənəvi dostluq əlaqələri formalaşıb", - Vyetnam qəzeti qeyd edir.
Qəzet yazır ki, diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında müxtəlif səviyyələrdə mütəmadi olaraq səfər mübadiləsi həyata keçirilir.
Oxşar xəbərlər
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
Vyetnam Prezidenti Çinə səfər edib
Səfir: Vyetnam-Azərbaycan münasibətlərində irəliləyiş gözləyirik
Vyetnam Prezidenti hakim Kommunist Partiyasının yeni baş katibi seçilib
Prezident: Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
