OECD nümayəndəsi WUF13-da məlumatların standartlaşdırılması və şəhər idarəçiliyində rolunu müzakirə edib
Məlumat bolluğunu son istifadəçilər üçün rahat şəkildə əldə edilən və praktiki baxımdan yararlı hala gətirmək bu günə qədər aktual problem olaraq qalmaqdadır.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndəsi Claudia Baranzelli Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə əsasən, məlumatların, xüsusilə ətraflı və geoməkan xarakterli verilənlərin həm siyasət formalaşdırılması, həm də şəhərlərdə yerli fəaliyyətin dəstəklənməsi baxımından böyük potensialına inam mövcuddur: "Həqiqətən, bu gün məlumat qıtlığı mövcud deyil. Verilənlər həm ənənəvi institutlar, həm də milli statistika qurumları tərəfindən hazırlanır, eyni zamanda getdikcə daha çox məlumat qeyri-ənənəvi mənbələrdən də axın edir. Bununla belə, OECD olaraq biz fərqli mənbələrdən daxil olan məlumatları məhz standartlaşdırır, adaptasiya edir və onları şəhərlər, regionlar, yerli hakimiyyət orqanları, qərar verənlər və geniş maraqlı tərəflər üçün gerçək fayda gətirə biləcək göstəricilər formatında formalaşdırırıq. Bu, onların imkanlarını genişləndirir, həmçinin qərar qəbul etmə prosesində şəffaflığın güclənməsinə xidmət edir".
C. Baranzelli həmçinin bildirib ki, hazırda OECD-nin yerli verilənlər portalı 41 ölkə üzrə 225 000-dən artıq bələdiyyəni və 1 500 şəhəri əhatə edir: "Müxtəlif tematik istiqamətlər üzrə qruplaşdırılmış 100-dən çox göstəricimiz mövcuddur. İstinad etdiyimiz məlumat mənbələri, əvvəl də qeyd etdiyim kimi, milli statistika xidmətlərindən başlayaraq AKA da daxil olmaqla ixtisaslaşmış agentliklərə, eləcə də özəl sektoru əhatə edən digər məlumat təchizatçılarına qədər geniş spektri əhatə edir. Burada biz müxtəlif tematik sahələrin ümumi mənzərəsini təqdim edirik. Dünya Bankının Şəhər inkişafı məsələləri üzrə aparıcı iqtisadçısı Mark Robertsin elə əvvəldən vurğuladığı kimi, fərqli sahələri və müxtəlif siyasət istiqamətlərini eyni vaxtda nəzərə almaq son dərəcə vacibdir. Məhz bunu həyata keçirməyə çalışırıq. Bu səbəbdən demoqrafik məsələlər, iqtisadiyyat, həyat keyfiyyəti, nəqliyyat, enerji və digər sahələri əhatə edirik".
Oxşar xəbərlər
Eskpert: "Urbanizasiya şəhərlərdə dayanıqlı iqtisadi artımı təmin etməlidir"
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb
OECD: Mənzil problemi təcrid olunmuş deyil, sistemli şəkildə həll edilməlidir
Dünya Bankı geoməkan məlumatlarının vahid standartlarını hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
