Rossbax humanitar yardımdan uzunmüddətli inkişafa keçiddə sistemli uğursuzluğun olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Rossbax humanitar yardımdan uzunmüddətli inkişafa keçiddə sistemli uğursuzluğun olduğunu bildirib


Diqqətin humanitar yardımdan dayanıqlı inkişafın təmin edilməsinə yönəldilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) birincidərəcəli vəzifəsidir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Beynəlxalq ictimaiyyətə müraciət edərək dayanıqlı inkişaf gündəliyini ön plana çəkməyə çağırıram. Humanitar maliyyələşdirmənin azaldılması təcili yardımdan uzunmüddətli inkişafa keçid mexanizmlərinin sistemli səmərəsizliyini üzə çıxardı", - o qeyd edib.

A. Rossbax qeyd edib ki, inkişafa doğru strateji istiqamət olmadan nə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq, nə iqlim öhdəliklərini yerinə yetirmək, nə də Yeni Şəhər Proqramını həyata keçirmək mümkündür.

"Artıq həyata keçirilən birgə fəaliyyət nümunələri sırasında Keniyada qaçqın düşərgələrinin tamhüquqlu şəhər icmalarına çevrilməsinə yönəlmiş layihələr, həmçinin tərəfdaşların iştirakı ilə milli şəhər siyasətinin hazırlandığı Qanadakı təşəbbüslər yer alır", - A. Rossbax əlavə edib.

Oxşar xəbərlər

Rossbax Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə şağırıb
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
WUF13-də torpaq məsələsi Afrikada mənzil böhranının aradan qaldırılmasının əsas amili adlandırılıb
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər