Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb


Bakıda SPECA Şəhərlər Forumu rəsmi olaraq fəaliyyətə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Bakı tarix boyu Şərq və Qərbi birləşdirən mədəniyyətlərin, ideyaların və ticarət yollarının qovşağı olub: "Bu gün şəhərimizin mənzil və şəhər inkişafının gələcəyinə dair belə mühüm beynəlxalq dialoqa ev sahibliyi etməsi böyük əhəmiyyət daşıyır. Dünyaya mənzil təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçirilən WUF13 çərçivəsində mənzilin yalnız bina və infrastruktur məsələsi olmadığı vurğulanır. Mənzil insan ləyaqəti, imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti ilə birbaşa bağlıdır".

Sədr qeyd edib ki, 2024-cü ildə COP29 çərçivəsində Bakıda yaradılmış SPECA Şəhərlər Forumu region üçün şəhərlərarası əməkdaşlığa həsr olunmuş ilk xüsusi platformadır: "Forum Daşkənd Bəyannaməsi (1998) və Bakı Bəyannaməsi (2023) əsasında formalaşdırılıb və regional əməkdaşlığın gücləndirilməsini, dayanıqlı şəhər inkişafının təşviqini hədəfləyir. Onu Almatı, Arkadaq, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd şəhərləri təsis edib".

Oxşar xəbərlər

Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"
Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər