Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film təqdim olunub
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim olunub.
"Sizinxeber.az" xəbər verir ki, ekran əsərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və "Ağıllı şəhər" konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, sənədli film Vətən müharibəsinin 5 illiyinə həsr olunub:
"Yaradan" Azərbaycan xalqı ilə bağlı bir filmdir. Əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsini real təsvir etmək idi. Sözsüz biz sənədli film stilinə uyğun mütləq insan talelərini və yaradıcı insanların düşüncələrini də filmə daxil etməyə bilməzdik. Hesab edirik ki, bu filmə qısa məzmun yazmalı olsaq, məhz belə deyərdik - dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi".
Qeyd edək ki, sənədli filmin çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
“Baku” TV-nin “The word” filminin təqdimatı olub
WUF13-də Gəncə şəhəri ilə bağlı sənədli film nümayiş olunub
Türkiyə kanalı "Qarabağ" haqqında sənədli film hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
