Nazir müavini: Azərbaycan aşağı emissiyalı inkişaf strategiyası üzərində işləyir
Dayanıqlı və iqlimə davamlı şəhərlərin qurulması konsepsiyası fundamental yanaşmadan başlamalıdır.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin I müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirin panel müzakirəsində bildirib.
Nazir müavini vurğulayıb ki, şəhərlərin böyüməsi ilə təbiətin qorunması arasında aydın balansın saxlanılması vacibdir və təbiət əsaslı həllər urban planlaşdırmanın bütün mərhələlərinə — planlaşdırmadan zonalaşdırmaya və tikinti prosesinə qədər — daxil edilməlidir.
O əlavə edib ki, Azərbaycan artıq bu yanaşmanı mənzil və şəhər inkişafı siyasətində tətbiq edir. “2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası” və onun 2030-cu ilədək uzadılması “yaşıl inkişafı” və təmiz ətraf mühiti milli prioritet kimi müəyyən edir.
Çıxışda “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşıl enerji, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının, eləcə də ekosistemlərin bərpası layihələrinin həyata keçirildiyi qeyd olunub. Həmçinin Azərbaycan və Türkiyə arasında Cəbrayıl rayonunda yaradılmış birgə mərkəzin Qarabağ və Şərqi Zəngəzurda yaşıllaşdırma və ekoloji bərpa fəaliyyətlərini dəstəklədiyi bildirilib.
Nazir müavini Azərbaycanın yenilənmiş iqlim öhdəliklərini (NDC 3.0) təqdim etdiyini və uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyası üzərində işlədiyini də diqqətə çatdırıb.
Sonda o qeyd edib ki, bu məqsədlərə çatmaq üçün təbiət əsaslı həllər və ekosistemlərin bərpası xüsusi əhəmiyyət daşıyır. Həmçinin bildirilib ki, bu il Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü “Təbiətdən ilhamlanaraq, iqlim üçün, gələcəyimiz üçün” şüarı altında təşkil olunacaq.
Oxşar xəbərlər
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Baş direktor: Təbiət əsaslı həllər artıq uzun müddətdir mövcud olan bir konseptdir
Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
Litvalı nazir müavini: Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi alqışlayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
