Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini İçərişəhəri ziyarət edib
Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç İçərişəhəri ziyarət edib.
Bu barədə "Sizinxeber.az"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinindən məlumat verilib.
Bildirilib ki, Bosniya və Herseqovina nümayəndə heyəti Qız Qalası, Sıratağlı dini-memarlıq kopleksi, Buxara karvansarası və digər tarixi məkanlarla tanış olub, qonaqlara İçərişəhərin əsrlər boyu formalaşmış şəhər mühiti, tarixi memarlıq nümunələrinin qorunması istiqamətində görülən işlər və ərazidə həyata keçirilən yenilənmə layihələri barədə məlumat təqdim edilib.
Qeyd olunub ki, İçərişəhər bu gün yalnız tarixi məkan deyil, eyni zamanda, ənənə ilə müasir şəhər həyatının ahəng içində birləşdiyi canlı urban mərkəz kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Oxşar xəbərlər
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib
Jelka Tsviyanoviç: Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində rotasiya ilə dəyişiklik edilib
Staşa Koşarats: "Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir"
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
