WUF13-də Kolumbiyanın Medellin şəhərinin “yaşıl infrastruktur” təcrübəsinə toxunulub
Şəhər siyasətlərində təbiət əsaslı həllər artıq sistemli şəkildə inteqrasiya olunur.
APA xəbər verir ki, bunu "C40 Cities Network" təşkilatında Regionlar və Bələdiyyələrlə İş üzrə İdarəedici Direktor Şruti Araya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirin panel müzakirəsində bildirib.
“C40 şəbəkəsinə daxil olan təxminən 100 şəhər yüksək iqlim ambisiyaları ilə fəaliyyət göstərir və bu yanaşmada ilk və əsas addım məlumatlara əsaslanan, elmi və sübuta dayalı planlaşdırmadır”, - o deyib.
Şruti Arayanın sözlərinə görə, bir çox şəhər artıq konkret mexanizmlər tətbiq edir: "Məsələn, San-Pauluda sahəsi 500 kvadratmetrdən böyük olan tikinti sahələrində müəyyən hissənin su keçirən və ya yaşıllaşdırılmış formada saxlanılması tələb olunur ki, bu da iqlim dayanıqlığını sistemli şəkildə şəhər planlamasına daxil edir. Eyni zamanda, bəzi şəhərlər vergitutma mexanizmləri vasitəsilə təbiət əsaslı həllərin maliyyələşdirilməsini təmin edirlər".
Şruti Araya həmçinin Kolumbiyanın Medellin şəhərinin təcrübəsinə toxunaraq bildirib ki, şəhər sonradan “yaşıl infrastruktur” və şəhər regenerasiyasının əhəmiyyətini daha yaxşı dərk edib və “yaşıl dəhlizlər” modeli bu sahədə dünyada nümunə kimi qəbul olunur.
Çıxışın sonunda vurğulanıb ki, belə yanaşmalar şəhərləri iqlim dəyişikliklərinə, biomüxtəlifliyin itirilməsinə və urban risklərə qarşı daha dayanıqlı edir.
Oxşar xəbərlər
Baş direktor: Təbiət əsaslı həllər artıq uzun müddətdir mövcud olan bir konseptdir
Nazir müavini: Azərbaycan aşağı emissiyalı inkişaf strategiyası üzərində işləyir
WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
