ADSEA rəsmisi: Su problemləri bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil
sizinxeber.az xəbər saytı

ADSEA rəsmisi: Su problemləri bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil


Su problemləri bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlqar Gülməmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Su ilə "ağıllı şəhərlər": potensialın inkişafı vasitəsilə şəhər dayanıqlığının qurulması" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında içməli su təchizatının fasiləsizliyini təmin etmək, su itkilərini kəskin azaltmaq və yağış, eləcə də tullantı suları infrastrukturunu yenidən qurmaq sahəsində ciddi addımlar atılıb:

"Azərbaycanda su təsərrüfatının idarə edilməsi və ekoloji dayanıqlılığın artırılması məqsədilə qəbul edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı" strateji əhəmiyyətli islahatlar sənədidir. Bu islahatlar nəticəsində təkcə mühəndis-kommunikasiya problemləri deyil, həm də əhalinin sosial rifahı yaxşılaşdırılacaq və regionun ekoloji təhlükəsizliyi təmin ediləcək. Lakin bu məsələlərdə qlobal dəstəyə də ehtiyac var. Bu, bir dövlətin təkbaşına həll edə biləcəyi problem deyil".

Oxşar xəbərlər

Su sayğacları dəyişdirilir - Rəsmi
Zaur Mikayılov "Report"a su təchizatı və kanalizasiya infrastrukturunun yenilənməsi ilə bağlı müsahibə verib
ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil"
WUF13-də Sarayevonun iqlim dəyişmələri ilə mübarizə təcrübəsi müzakirə olunub
EBRD Azərbaycanda su təchizatının qurulmasına 370 mln. avro kredit ayıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər