AQP: Azərbaycan tikinti sektorunda maya dəyəri 7 %-ə yaxın artıb
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) bu ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb.
Palatadan "Sizinxeber.az"a verilən məlumata görə, Azərbaycan tikinti sektorunda maya dəyəri artımı sürətlənib.
Apreldə tikinti xərcləri 2025-ci ilin dekabr ayı ilə müqayisədə 6,8 % artıb. İndeks hesabat dövründə 106,8 bənd səviyyəsində formalaşıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.
Palatanın hesablamalarına görə, tikinti materialları üzrə alt indeks 107,5, əmək qüvvəsi üzrə alt indeks 105,4, maşın-mexanizm üzrə alt indeks isə 103,8 təşkil edib. Ümumi xərc artımı orta hesabla 6,8 % olub. Ən yüksək qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən stabil seqment isə maşın-mexanizm xərcləri olub.
Hesabatda qeyd olunur ki, bazarda xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bu artımın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərcinin bahalaşması və tikinti sektorunda tələbin aktiv qalması göstərilir.
Tikinti materialları arasında ən yüksək dinamika metal məhsullarında qeydə alınıb. Belə ki, metal məhsulları üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106,0, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Əmək bazarında da artım tendensiyası davam edib. Xüsusilə kafel-metlax, fasad və alçipan işləri üzrə xidmət haqlarında yüksəliş qeydə alınıb. Fasad işləri üzrə indeks 108,5, kafel və metlax işlərində 107, hörgü işlərində 105,2, alçı və suvaq işlərində 104,8, laminat və parket işlərində isə 103,9 olub. Palata hesab edir ki, tikinti sektorunda aktivliyin yüksəlməsi peşəkar usta xidmətlərinə tələbi artırıb və bu da əmək xərclərinə birbaşa təsir göstərib.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər komponentlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Palata bildirir ki, tikinti bazarında müşahidə olunan cari dinamika yeni tikililərin maya dəyərinin yüksəlməsini davam etdirir. Xüsusilə metal və beton məhsullarındakı bahalaşma daşınmaz əmlak sektorunda qiymət formalaşmasına birbaşa təsir edən əsas amillərdən biri olaraq qalır. Palatanın qənaətinə görə, tikinti xərclərindəki artımın yaxın aylarda da bazar qiymətlərinə təsirini davam etdirməsi gözlənilir.
Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açırlayır.
Oxşar xəbərlər
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
AQP aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb
Azərbaycanda tikinti materialları 4-6 % bahalaşıb
Assosiasiya sədri: “Rusiyaya qarşı sanksiyalar tikinti bazarına təsir edir”
Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
