Vyetnam Prezidenti Çinə səfər edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Prezident To Lam bazar günü səhər Quançjou şəhərinə (Çinin cənubundakı Quandun əyalətinin inzibati mərkəzi) gedib.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Vyetnam liderinin təyyarəsi Pekin vaxtı ilə saat 09:25-də (Bakı vaxtı ilə saat 05:25) eniş edib. Qeyd edilir ki, To Lam Quançjouda Vyetnam Kommunist Partiyasının qurucusu Xo Şi Minin (1890-1969) inqilabi fəaliyyət yerlərini ziyarət edəcək.
Vyetnamın hazırkı Prezidenti vəzifəyə gəldikdən sonra ilk xarici səfərini edir. ÇXR XİN rəsmisi Xua Çhunyig daha əvvəl şərh etdiyi kimi, bu, iki partiya və dövlətlər arasında münasibətlərin inkişafına verdiyi böyük diqqəti tam əks etdirir.
Avqustun 20-dək davam edəcək dövlət səfəri zamanı Lam ÇXR Sədri Si Cinpinlə, həmçinin Dövlət Şurasının Baş naziri Li Syan və digər şəxslərlə görüşəcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
