Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
19:40
ff aaaaaaa

Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib?

13 may, 2026
19:40
802

Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib?

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnam səfəri zamanı baş verən insidentlə bağlı yeni iddialar yayılıb.

Sizinxeber.az "Daily Mail"ə istinadən xəbər verir ki, jurnalist Florian Tardifin yeni kitabında mübahisənin səbəbi kimi Makronun iranlı aktrisa ilə yazışmaları göstərilir.

İddiaya əsasən, Bricit Makron prezidentin telefonunda həmin mesajları gördükdən sonra cütlük arasında gərginlik yaranıb və təyyarədə mübahisə baş verib.

Jurnalist bildirib ki, Makron aktrisa ilə bir müddət yaxın münasibətdə olub və ona kompliment xarakterli mesajlar göndərib. Bununla belə, Yelisey Sarayı yayılan məlumatları təkzib edib.

Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib?

Xatırladaq ki, 2025-ci ildə yayılan videoda Bricit Makronun təyyarədən enərkən həyat yoldaşına sillə vurduğu iddia olunmuş, Makron isə bunu zarafat adlandırmışdı.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul