Nazir müavini: Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur
"Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur".
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, son 15 ildə Azərbaycanda plastik qabların istifadəsi 5 dəfə artıb:
“Dünyada hər il 430 milyondan çox plastik qab istehsal olunur, lakin onun yalnız 10 faizi təkrar emala cəlb edilir. Plastik qab istehsalı atmosferə ciddi ziyan vurur və iqlim dəyişikliyinin güclənməsinə səbəb olur. Məktəb və universitetlərdə bu məsələlərə diqqət yetirilməsi vacibdir. Ölkədə tullantıların idarə olunması ilə bağlı müvafiq agentlik yaradılıb. Azərbaycanda məişət tullantılarının idarə olunması üzrə 2027–2030-cu illəri əhatə edən işlər davam etdirilir. Qlobal çağırışlara cavab vermək və gələcək üçün strateji tədbirlər görmək vacibdir. WUF13 bu məsələyə bir daha diqqət yetirmək üçün mühüm platformadır".
Oxşar xəbərlər
Nazir müavini: Hər il dünyada yaranan milyonlarla ton plastik tullantı təbiətə atılır
Plastik tullantıların effektiv idarə edilməsi mövzusunda tədbir keçirilib
Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib
Nazir müavini: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb
Almaniyalı nazir: "Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
