XİN başçısı: Separatçıların məhkəməsi ilə bağlı Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyası əsassızdır
Antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verib.
Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə telefon danışığı zamanı deyib.
XİN başçısı Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verib.
Nazir qeyd edib ki, həbs edilən şəxslər insanlıq əleyhinə cinayətlərdə ittiham olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov niderlandlı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb
XİN BMT-nin İnsan Hüquqları Şurasının Ruben Vardanyan işi ilə bağlı Ermənistanın iddialarına qarşı rəyi alqışlayıb
Azərbaycan XİN Niderlandı bölgədə sülhə qarşı olan birtərəfli mövqedən əl çəkməyə çağırıb
XİN Ermənistanın Arayik və digərlərinin məhkəməsi ilə bağlı iddialarını rədd edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
