Fələstinli nazir: Əsas məqsəd məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməkdir
sizinxeber.az xəbər saytı

Fələstinli nazir: Əsas məqsəd məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməkdir


"Fələstində dağıntılardan sonra bərpa prosesinin əsas istiqamətlərindən biri mənzil təminatıdır".

Sizinxeber.az xəbər verir ki, bunu Fələstinin yerli idarəetmə naziri Sami Həccavi WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, münaqişə nəticəsində yüz minlərlə mənzil tamamilə dağılıb və ciddi ziyana məruz qalıb: "Həmçinin su, enerji, təhsil və səhiyyə infrastrukturu ciddi ziyanla üzləşib. Bərpa prosesi yalnız tikililərin yenidən qurulması deyil, həm də insanların sosial-iqtisadi sabitliyinin və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasıdır".

Həccavi əlavə edib ki, Fələstində həyata keçirilən planlaşdırma mərhələli şəkildə aparılır və əsas məqsəd məcburi köçkünlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməkdir.

Oxşar xəbərlər

UN-Habitatın icraçı direktoru: Mənzil məsələsinə yanaşmanı dəyişməliyik
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Amerikalı mütəxəssis: Əsas problemlərdən biri gənclər üçün əlçatan mənzillərin çatışmazlığıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər