Egils Levits: Qlobal Bakı Forumu əsas beynəlxalq plarformalardan biridir
"Azərbaycan 30 ildən artıq bir müddətdə işğal olunan ərazilərini azad edib. Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunub".
Bunu XII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın keçmiş Prezidenti Egils Levits Sizinxeber.az-ya açıqlamasında bildirib.
"Hazırda biz Ukraynaya qarşı da aqressiya müşahidə edirik. Buna son qoyulmalıdır. Eyni yanaşma bu ölkədəki münaqişəyə nəzərən də tətbiq edilməli, problem beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır", - o qeyd edib.
Egils Levits ötən il keçirilən XI Bakı Qlobal Forumundan sonra dünyada vəziyyət tamamilə dəyişdiyinə diqqət çəkib.
Latviyanın keçmiş dövlət başçısının fikrincə, Bakı Qlobal Forumu dünyada beynəlxalq ictimai fikrin formalaşdırılmasında əsas rol oynayan plarformalardan biridir:
"Ona görə də hesab edirəm ki, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Şimal, Cənub, Şərq və Qərb üçün böyük siyasi, coğrafi əhəmiyyət daşıyır. Bu forum hər il müxtəlif tarixi cəhətlərə malik dövlətləri və fərqli fikirləri olan insanları bir yerə toplayır. Onlar hazırkı vəziyyəti təhlil edir, çıxış yollarını axtarırlar".
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan biridir
XI Qlobal Bakı Forumu başa çatıb
İlham Əliyev: Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir
Çavuşoğlu: Antalya Diplomatiya Forumu ilə Qlobal Bakı Forumu arasında əməkdaşlığa çalışırıq
İsmail Seragəldin: Qlobal Bakı Forumu hər zaman rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
