Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb


Bu gün Baş nazirin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, Bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

Bildirilib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib. Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Samir Şərifov Səudiyyə Ərəbistanından nümayəndə heyəti ilə görüşüb
Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
Səudiyyə Ərəbistanı WUF13-də iştirak edəcək
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər