Kuba Prezidenti: ABŞ-nin Raul Kastroya qarşı ittihamlarının qanuni əsası yoxdur
sizinxeber.az xəbər saytı

Kuba Prezidenti: ABŞ-nin Raul Kastroya qarşı ittihamlarının qanuni əsası yoxdur


ABŞ hökuməti tərəfindən Kuba ordusunun generalı, Kubanın sabiq lideri Raul Kastroya qarşı irəli sürülən ittiham heç bir hüquqi əsası olmayan siyasi manevrdir.

"Report" xəbər verir ki, bu barədə Kuba Prezidenti Miqel Dias-Kanel "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu qərar yalnız Vaşinqtonun ada dövlətinə qarşı hərbi təcavüzə bəraət qazandırmaq üçün istifadə etdiyi saxta dosyenin genişləndirilməsinə yönəlib.

"ABŞ hökumətinin yenicə məlumat verdiyi ordu generalı Raul Kastroya qarşı uydurma ittiham, Kuba inqilabının sarsılmaz qətiyyətinin, rəhbərliyinin birliyinin və mənəvi gücünün imperiya nümayəndələrində yaratdığı təkəbbürü və çaşqınlığı nümayiş etdirir", - Dias-Kanel vurğulayıb.

O iddia edir ki, ABŞ terrorçulara məxsus olan təyyarələrlə bağlı 1996-cı ildə baş vermiş insidentlə əlaqədar faktları təhrif edir: "24 fevral 1996-cı ildə Kuba məlum terrorçular tərəfindən hava məkanımızın dəfələrlə və təhlükəli şəkildə pozulmasından sonra öz yurisdiksiyasında olan sularda qanuni özünümüdafiə çərçivəsində hərəkət edib - bu elə bir faktdır ki, o dövrkü ABŞ administrasiyası bu barədə on dəfədən çox xəbərdar edilsə də, xəbərdarlıqlara məhəl qoymayıb və bu pozuntuların davam etməsinə şərait yaradıb".

Qeyd edək ki, mayın 20-də ABŞ hakimiyyəti Kuba inqilabının liderlərindən biri olan Raul Kastroya qarşı 1996-cı ildə iki Amerika təyyarəsinin qəzaya uğraması zamanı ABŞ vətəndaşlarının qətlində və bu məqsədlə qurulan sui-qəsddə ittihamlar irəli sürüb.

Oxşar xəbərlər

ABŞ Kubanın sabiq lideri Raul Kastroya qarşı ittihamlar irəli sürüb
ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb
KİV: ABŞ Raul Kastronun saxlanılması əməliyyatını nəzərdən keçirir
Kuba Prezidenti: ABŞ-nin istefamı tələb etmək hüququ yoxdur
ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər