XİN Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığına dair bəyanat yayıb
Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.
İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
XİN: ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə xeyli irəliləyişlər əldə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












