Rusiya XİN: ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir
ATƏT-in Minsk Qrupu aktuallığını itirib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib. “Onlar bunu təşəbbüskarcasına ediblər. Bundan başqa, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”.
Zaxarova qeyd edib ki, bu proses qərbin Minsk Qrupu formatının işini bloklaması ilə başlayıb: “Daha sonra isə reallıqlda dəyişikliklər baş verib. Beləliklə, Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarının qəbul edilməsi üçün optimal yol Bakı və İrəvanın qeyd olunan institutların ləğv edilməsi üçün birgə təkliflə çıxış etməsidir”.
Oxşar xəbərlər
Rusiya XİN: ATƏT-in Minsk qrupu dəfn olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun gələcək formatına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












