Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - YENİLƏNİB
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.
Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
18:32
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.
Tərəflər arasında Azərbaycan-ATƏT əməkdaşlığının əsas istiqamətləri, ATƏT-in üzləşdiyi çağırışlar, regional və qlobal təhlükəsizliyə təhdidlər, eləcə də regionda vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov da “X” platformasındakı hesabında görüşlə bağlı fikirlərini paylaşıb.
Nazir qeyd edib ki, ATƏT-in baş katibinə ölkəmizin post-münaqişə dövründəki regional vəziyyət fonunda qurunun rolu ilə bağlı mövqeyini çatdırıb.
“Görüşdə keçmiş münaqişənin qalığı olan Minsk prosesi ilə əlaqəli strukturların ləğvinin vacibliyini qeyd etdik. Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi barədə məlumat verdik və əmçinin Ermənistanın konstitusiyasında və digər hüquqi sənədlərində olan ərazi iddialarından, habelə hərbi potensialını artırmasından diqqətə çatdırdıq”.
Oxşar xəbərlər
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurma və sülh gündəliyini müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ATƏT-in yeni Baş katibi ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












