Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edilib
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak edən Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələr, xüsusilə siyasi sahədə uğurla inkişaf edir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığı qeyd edilib. S.Qafarova Mərakeşə rəsmi səfərini və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mərakeşli həmkarları ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu təmasların əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Görüşdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və cari ildə imzalanmış parlamentlərarası Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.
Tərəflər parlamentlərin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Mərakeş təşkilatın fəaliyyətində fəal iştirak edir və onun işinə xüsusi önəm verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Sahibə Qafarova Rusiyada qırğızıstanlı həmkarı ilə görüşüb
Sahibə Qafarova iordaniyalı həmkarı ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Mərakeş Krallığı Müşavirlər Palatasının sədri: Parlament Şəbəkəsində əməkdaşlığa önəm veririk
Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
