Səfir: "Azərbaycan ötən il Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edib"
2024-cü ildə Azərbaycanın Bolqarıstana təbii qaz tədarükü 2 milyard kubmetr təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli NOVA TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Azəbaycan Bolqarıstandakı enerji böhranından sonra bu ölkənin tələbi ilə "mavi yanacaq" tədarükünü artırmağa başlayıb.
"Bolqarıstana qaz tədarükünü əvvəlcə 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, daha sonra 1,5 milyard kubmetrə, ötən ilin sonunda isə 2 milyard kubmetrə çatdırdıq. Bu isə o deməkdir ki, hazırda Bolqarıstanın təbii qaza olan tələbatının böyük hissəsini ödəyirik", - deyə səfir vurğulayıb.
H.Hüseynov Azərbaycanın Avropa İttifaqının (Aİ) qazla təchizatındakı rolundan da danışıb: "Aİ bizi etibarlı tərəfdaş olaraq görür. Biz 2007-ci ildən Avropa bazarınaı qazla təchiz etməyə başlamışıq, bu müddətdə etibarlı tərəfdaş olduğumuzu təsdiqləmişik. 2022-ci ildə Azərbaycanla Aİ arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Əvvəllər Cənub Qaz Dəhlizi vasitəsilə ildə 10 milyard kubmetr qazın Avropa bazarına tədarük edilməsi nəzərdə tutulurdu, amma Avropada baş verən hadisələr nəzərə alınaraq qaz tədarüklərini artırdıq və ötən ilin sonunda 13 milyard kubmetrə çatdırdıq. Artıq 12 Avropa ölkəsinə qaz satırıq".
Diplomatın sözlərinə görə, Azərbaycan Bolqarıstanı qaz tranziti üçün çox önəmli bir ölkə kimi qəbul edir.
Oxşar xəbərlər
Bu il TAP vasitəsilə 6,5 milyard kubmetrdən çox qaz nəql edilib
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub
Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək
Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB

