Bu il TAP vasitəsilə 6,5 milyard kubmetrdən çox qaz nəql edilib
sizinxeber.az xəbər saytı

Bu il TAP vasitəsilə 6,5 milyard kubmetrdən çox qaz nəql edilib


Bu ilin əvvəlindən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 6,53 milyard kubmetrdən çox qaz nəql edilib.

Bunu "Report"a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.

“2024-cü ilin əvvəlindən biz 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yunanıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql etmişik”, - o vurğulayıb.

Onun sözlərinə görə, boru kəməri fəaliyyətə başlayandan indiyədək 37,53 milyard kubmetrdən çox qaz nəql edilib. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yunanıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib: “TAP 2022-ci il fevralın ortalarından başlayaraq tam gücü ilə işləyir. Əhəmiyyətli qısamüddətli sifarişlər isə uzunmüddətli öhdəlikləri tamamlayır”.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək
TAP-ın genişləndirilməsi ilə bağlı veriləcək son qərarın vaxtı açıqlanıb
İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Dövlət başçısı: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle