ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır
ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındırlar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün əsas hazırlayırlar.
Nəşrin məlumatına görə, razılaşmalar Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər.
Buna cavab olaraq, Vaşinqton İran limanlarının blokadasını və sanksiyaları yumşalda, Tehranın xaricdəki aktivlərini tədricən aça bilər.
"Al Hadath" isə bildirib ki, İran, ABŞ ilə dolayı danışıqlar apararkən, uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib.
Bundan əlavə, Tehran ölkə daxilində 20%-dən çox zənginləşdirilmiş uran miqdarını azaltmağa hazır olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio və İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlətlər arasında aparılan danışıqlarda irəliləyiş əldə edildiyini bildiriblər.
Oxşar xəbərlər
WSJ: İran ABŞ-nin tələbi ilə nüvə obyektlərini sökməkdən imtina edib
KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb
KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib
İran Vaşinqtoun tələbi ilə nüvə obyektlərini sökməkdən imtina edib
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
