Şoltsa yeni vəzifə veriləcək
Almaniyanın sabiq kansleri Olaf Şolts Qlobal Cənub ölkələri ilə əməkdaşlığın inkişafı ilə məşğul olacaq yeni "Şimal - Cənub" komissiyasına rəhbərlik edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Der Tagesspiegel" məlumat yayıb.
Qeyd olunur ki, belə bir strukturun yaradılması ilə bağlı qərar Xristian Demokrat İttifaqı (XDS/XSS) və Almaniya Sosial Demokrat Partiyasının koalisiya sazişində nəzərdə tutulub.
Komissiyanın Almaniyanın Qlobal Cənub ölkələri ilə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi və daha geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinin formalaşdırılması üzərində işləyəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, komissiyanın tərkibi və səlahiyyətləri hələ dəqiqləşdirilir. Onun tərkibinə təqribən 20 nəfərin, o cümlədən Qlobal Cənub ölkələrinin nümayəndələrinin daxil olacağı güman edilir.
Komissiya rəhbərinin müavini vəzifəsinə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanın namizədliyi nəzərdən keçirilir.
Komissiya üzvlərinin rəsmi təqdimatının iyunun sonunda Hamburqda davamlı inkişaf üzrə konfransda keçiriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Hesabat: Azərbaycan daxil olmaqla Qlobal Cənub ölkələri dünya arenasında yeni qüvvə formalaşdıracaq
BƏƏ nümayəndəsi: Yeni platforma müasir çağırışların həllində Qlobal Cənub ölkələrinin rolunu gücləndirəcək
ASDP Şoltsu kansler vəzifəsinə namizədliyini təsdiqləyib
Almaniyanın yeni hökuməti də Rusiyaya qarşı sanksiyalar rejiminə riayət edəcək
Venesuelanın XİN başçısı: Qlobal Cənub ölkələri dünyanı birlikdə qoruya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
