DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətində ittiham olunan şəxsə hökm oxunub
Bakı şəhəri Səbail rayon məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.
Sizinxeber.az xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.
Müəyyən edilib ki, E. İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib. E.İmamverdiyev, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.
Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.
Oxşar xəbərlər
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının cəzası bəlli olub
DTX-nin aşkarladığı qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edən şəxsə 6 il cəza verilib
Beynəlxalq axtarışa verilmiş 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
