Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq
sizinxeber.az xəbər saytı

Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq


İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a bildirib.

"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə o, bildirib.

Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.

Oxşar xəbərlər

CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir
Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Ağ Ev Uitkoff və Kuşnerin Pakistana səfər edəcəyini təsdiqləyib - YENİLƏNİB
Tramp İranla danışıqların yeni raundunu elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər