Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb


Türkiyənin Hatay vilayətində baş verən sel, torpaq sürüşməsi və uçqunlar nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

"Sizinxeber.az" "TRT Haber"ə istinadən xəbər verir ki, Samandağ rayonunda itkin düşdüyü ehtimal edilən bir nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz davam etdirilir.

Türkiyə daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə, mayın 20–22-də yağan güclü yağışlar Hatayın Antakya, Defne, Samandağ, Dörtyol və Reyhanlı rayonlarında ciddi sel və su basqınlarına səbəb olub:

"Vilayət üzrə ümumilikdə 1894 müraciət daxil olub. Bunlardan 1888-nin su basqını ilə bağlı olduğu müəyyən edilib. Hadisələrə müdaxilə məqsədilə 2 261 nəfərlik şəxsi heyət, 867 nəqliyyat vasitəsi və xüsusi texnika cəlb olunub.

Bundan əlavə, Kahramanmaraş, Qaziantep, Adana, Ankara, Malatya, Kilis, Osmaniye, Şanlıurfa, Niğde, Konya və Mersin vilayətlərindən suüstü və sualtı axtarış-xilasetmə qrupları, qayıqlar və dron dəstəyi Hataya göndərilib",- məlumatda vurğulanıb.

Nazir bildirib ki, güclü yağışlar səbəbindən 495 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub, 32 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib. Elektrik kəsintilərinin tam şəkildə aradan qaldırıldığı vurğulanıb.

Oxşar xəbərlər

Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, onlarla insan itkin düşüb
Çində torpaq sürüşməsi baş verib: ölənlər var
Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb
Kolumbiyada torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub
Çinin cənubunda torpaq sürüşməsi nəticəsində azı iki nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər