Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, xilas edilən şəxs ayağında sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan quyuya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə quyuya düşən şəxs xilas olunub
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
Xəzər rayonunda su quyusuna düşən şəxs FHN-in əməkdaşları tərəfindən xilas edilib - VİDEO
FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO
FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
