İran XİN ABŞ-lə danışıqlar haqqında: Tərəflərin mövqeləri yaxınlaşıb
sizinxeber.az xəbər saytı

İran XİN ABŞ-lə danışıqlar haqqında: Tərəflərin mövqeləri yaxınlaşıb


İran diqqəti ABŞ ilə anlaşma memorandumu üzərində işin yekunlaşdırılmasına cəmləyib.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai deyib.

"Son bir həftə ərzində tərəflərin mövqeləri yaxınlaşıb. Bizə yalnız gözləmək və növbəti üç-dörd gün ərzində nə baş verəcəyini görmək qalır", - o bildirib.

İranın "Tasnim" agentliyinin xəbərinə görə, Baqai qeyd edib ki, bir tərəfdən iki tərəf arasındakı dialoqda yaxınlaşma meyli müşahidə olunur: "O mənada yox ki, biz belə vacib məsələlər üzrə qarşılıqlı anlaşma əldə edəcəyik. O mənada ki, bir sıra parametrlərə əsaslanaraq qarşılıqlı məqbul qərara gələ bilərik".

O, həmçinin Pakistanın danışıqlar prosesindəki müsbət rolunu da qeyd edib.

"Pakistan danışıqlarda əsas vasitəçi kimi mühüm rol oynayıb və bu səfərin (Pakistan ordusunun komandanı Asim Munirin - red.) məqsədi İran və Amerika arasında məlumat mübadiləsinin davam etdirilməsi idi. Biz bu anlaşma memorandumunun hazırlanmasının yekun mərhələsindəyik. Hazırkı mərhələdə müzakirə olunan məsələlər müharibənin dayandırılmasına yönəlib. Bu mərhələdə bizim diqqətimiz təhmil edilmiş müharibəyə son qoyulmasına cəmləşib. Bu anlaşma memorandumunda ABŞ-nin hərbi-dəniz təcavüzünün dayandırılması və dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı məsələlərə baxılır", - Baqai qeyd edib.

Oxşar xəbərlər

İran XİN: ABŞ ilə danışıqlarda heç bir irəliləyiş yoxdur
Baqai: İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır
İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
Pakistan ordusunun baş komandanı Tehrandadır - YENİLƏNİB
Pakistan və İran nümayəndə heyətləri İslamabadda danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər