Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 37,8 milyard kubmetr təşkil edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, ötən illə müqayisədə 3,8 % artım deməkdir.
Gələn il isə Azərbaycanda əmtəəlik qaz hasilatının bu ilə nisbətən 1,6 % artaraq 38,4 milyard kubmetrə çatacağı gözlənilir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 4,7 % çox - 41 milyard 625,4 milyon kubmetr, o cümlədən əmtəəlik qaz hasilatı 6,8 % çox - 31 milyard 727 milyon kubmetr təşkil edib.
Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 3,8 % çox - 48 milyard 496,7 milyon kubmetr qaz, o cümlədən 4,2 % çox - 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz hasil edilib.
Oxşar xəbərlər
Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 7 %-ə yaxın artıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 5 %-dən çox artıb
Azərbaycanda 7 ayda 30 milyard kubmetrə yaxın təbii qaz hasil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













