Elçin Əmirbəyov Macarıstanın yüksəkvəzifəli şəxsləri ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstana işgüzar səfəri çərçivəsində ölkənin bir sıra yüksəkvəzifəli şəxsləri ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Elçin Əmirbəyov Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boku, Macarıstanın Baş nazirinin siyasi direktoru Balazs Orban, Macarıstan XİN-in dövlət katibi Peter Sztaray və Macarıstan parlamentinin spikerinin müavini Şandor Lezsak ilə görüşüb.
Səfir bildirib ki, E.Əmirbəyov Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Qladden Pappin ilə görüşüb, yerli ekspertlərlə müzakirələr aparıb.
Bundan əlavə, Azərbaycan Prezidentinin nümayəndəsi “Hir” telekanalına, “Magyar Nemzet” qəzetinə və “Diplomatic Journal”a müsahibələr verib.
Oxşar xəbərlər
Elçin Əmirbəyov Britaniyanın yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib
Macarıstan Baş naziri Tbilisidə səfərdədir
Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Elçin Əmirbəyov: “Fransanın Azərbaycanla mədəni körpüləri yandırmağı - ən axırıncı işdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
