Elçin Əmirbəyov Britaniyanın yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində krallığın bir sıra yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov bildirib.
“İşgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığın Milli Təhlükəsizlik müşaviri Tim Barrou, Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində dövlət naziri Stiven Doti, parlament üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşərək Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, Azərbaycan – Ermənistan sülh prosesinin vəziyyətini və COP29-u müzakirə edib. O həmçinin “Chatham House”dakı çıxışında Azərbaycan –Ermənistan sülh prosesi və COP29 barədə danışıb”, – məlumatda diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb - FOTO
Elçin Əmirbəyov: Cənubi Qafqazda sülh üçün tarixi şans var
Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib
Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











