SEPAH: Fars körfəzində ABŞ-yə məxsus PUA vurulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
12:30
0
0
1 042
ff aaaaaaa

SEPAH: Fars körfəzində ABŞ-yə məxsus PUA vurulub

26 may, 2026
12:30
1 042

SEPAH: Fars körfəzində ABŞ-yə məxsus PUA vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni ölkənin hava məkanını pozmaqda ittiham edib.

"Report" "Interfaks"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalı məlumat yayıb.

"ABŞ ordusu regionda müdaxiləçi avantüralarını davam etdirərək Fars körfəzi ərazisində İranın hava məkanına daxil olub. SEPAH-ın HHM bölmələri ölkəmizin hava məkanını qoruyaraq, dəqiq kəşfiyyat monitorinqi apardıqdan sonra "MQ-9" pilotsuz təyyarəsini aşkar edərək vurub", - məlumatda bildirilib.

Qeyd olunub ki, İran hərbçiləri atəş açaraq "RQ-4" pilotsuz təyyarəsini və "F-35" qırıcısını ölkənin hava məkanını tərk etməyə məcbur ediblər:

"SEPAH cavab tədbirləri hüququnu qanuni və qeyd-şərtsiz hesab edir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul