BMT-də Azərbaycanın işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən danışılıb
sizinxeber.az xəbər saytı

BMT-də Azərbaycanın işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən danışılıb


BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib.

Elnur Məmmədov Azərbaycanın müxtəlif yaradıcı və sülhyönümlü layihələrin həyata keçirilməsi yolu ilə sülh, tolerantlıq və dinc yaşama mədəniyyətinin təşviqi üzrə qlobal səylərə töhfə vermək səylərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu ilə sıx əməkdaşlığını davam etdirməyə hər zaman hazırdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş münaqişənin dağıdıcı humanitar və mədəni nəticələrinin aradan qaldırılması ilə yanaşı Ermənistanla sülh prosesinin təşviqi istiqamətində də fəaliyyəti qeyd olunub.

Oxşar xəbərlər

Elnur Məmmədov 5-ci Xəzər Biznes Forumunda Azərbaycanın COP29-a hazırlığı barədə danışıb
Xarici işlər nazirinin müavini 5-ci Xəzər Biznes Forumunda çıxış edib
Serbiya investorları Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyətə dəvət edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər