Gürcüstan və ABŞ rəsmiləri "Orta Dəhliz"i müzakirə edib
Gürcüstanın Baş nazirinin müavini və hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər strateji tərəfdaşlığın yenilənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə diqqət yetiriblər.
Müzakirələrdə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri də ön plana çıxıb.
Xüsusilə "Orta Dəhliz"in əhəmiyyəti vurğulanaraq, Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. Bildirilib ki, regionda artan geosiyasi və iqtisadi maraqlar fonunda Gürcüstan etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Tərəflər milli maraqları nəzərə alaraq ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Görüşdə Hökumət Administrasiyası rəhbərinin müavini Avtandil Kunçulia da iştirak edib.
Oxşar xəbərlər
Gürcüstan və Türkiyə Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə edib
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Kobaxidze: Bakıda Orta Dəhliz təşəbbüsü çərçivəsində əlaqələrin inkişafı müzakirə olunub
Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
